38 cinayətin üstü `isti izlər`lə açılıb - DİN məlumat yaydı


19:58     18 Fevral 2017 DİN-dən%204%20nəfərin%20öldüyü%20hadisə%20barədə%20AÇIQLAMA.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 101 cinayət faktından 38-nin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a daxil olan məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 37 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər tutulub.

Femida.az


Açar sözlər:

Oxunub: 947